MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” bu kateqoriyadan olan uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlı­lığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq avqustun 25-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların tullantılardan hazırlanmış əl işlərindən ibarət sərgi-müsabiqəsi keçirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcı­lıq Mərkəzində təşkil olunan tədbirdə 20 müəllifin 150-dən çox əl işi nümayiş etdirilib. 
Qaliblərə diplom və hədiyyələr, digər iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.