MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili bəndinin icrasına uyğun olaraq Naxçıvan Muxtar Respubliklası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti muzey gəzintisi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə mayın 26-da distant dərslərə cəlb edilmiş eşitmə qabiliyyəti məhdud 10 uşaq Bakı şəhərindən dəvət olunmuş eşitmə qabiliyyəti məhdud şəxslərin tədrisi ilə məşğul olan Zərqələm İsmayılovanın müşayiəti ilə Açıq səma altında muzeyi  ziyarət ediblər.

Qeyd olunmuşdur ki, muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunmuşdur. "Əcəmi" seyrangahında yerləşən muzeydə  Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi barədə uşaqlara geniş və ətraflı məlumatlar verilib.

Vurğulanıb ki, 2,58 ha sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər  dövlətinin  fəaliyyətini  əks  etdirən  XII  əsrə  aid  Mömünə  xatun  türbə-muzeyi də fəaliyyət  göstərir.

Uşaqlar müzeydən xoş ovqatla ayrılıblar.