MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili bəndinin icrasına uyğun olaraq Naxçıvan Muxtar Respubliklası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti müsabiqə təşkil olunub.

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Bakı şəhərindən dəvət olunmuş eşitmə qabiliyyəti məhdud şəxslərin tədrisi ilə məşğul olan Zərqələm İsmayılovanın müşayiəti ilə distant dərslərə cəlb edilmiş eşitmə qabiliyyəti məhdud 12 uşaq arasında imla yazı müsabiqəsi keçirilib.

Müsabəqədə ilk üç yerə layiq görülən müsabiqə iştirakçılarına mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.

Tədbirin keçirilməsində məqsəd bu kateqoriyadan olan uşaqların bacarıq və qabiliyyətini üzə çıxarmaq, onlarda özlərinə inam hissi yaratmaqdır.