Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili bəndinin icrasına uyğun olaraq Naxçıvan Muxtar Respubliklası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti gəzinti təşkil olunub.
Mayın 5-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə distant dərslərə cəlb edilmiş eşitmə qabiliyyəti məhdud 10 uşaq Bakı şəhərindən dəvət olunmuş eşitmə qabiliyyəti məhdud şəxslərin tədrisi ilə məşğul olan Zərqələm İsmayılovanın müşayiəti ilə Heydər Əliyev Muzeyinə ziyarət etmişlər.
Muzeylə tanışlıq zamanı bildirilib ki, ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində böyük nailiyyətlər əldə edilmişdir. Uşaqlara dahi rəhbərin ömür yolu gənclik illəri, Azərbaycana rəhbərlik etdiyi dövr və müstəqil Azərbaycanın qurucusu kimi fəaliyyəti barədə geniş məlumat verilmişdir. Nümayiş etdirilən eksponatlar uşaqlarda dolğun təəssürat yaradıb.
Uşaqlar müzeydən xoş ovqatla ayrılıblar.
Qeyd edək ki, Dövlət Proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların muzey və tarixi-memarlıq abidələrinə ekskursiyaları davam edir.