Martın 4-də Naxçıvan Muxtar Respubliklası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirilib. Culfa şəhər 3№li tam orta məktəbinin idman zalında sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə Boccia idman növü üzrə yarış keçirilib. Yarışda sağlamlıq imkanları məhdud 12 uşaq 2 yaş qrupu üzrə mübarizə aparmışdır.
Yarışın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır.
Yarışın yekun nəticəsinə əsasən, 6-12 yaş qrupu üzrə İlqar Yunisov birinci, Mikayıl İsmayılov ikinci, Aysu Yusifova isə üçüncü yerlərə laiq görülüblər. 13-18 yaş qrupu üzrə Gilə Yunisova birinci yerə çıxıb. Əli İbrahimov ikinci, Fuad Qəribov üçüncü olub.
Sonda qaliblərə mükafatlar, digər yarış iştirakşılarına isə həvəsləndirici hədiyyələr təqdim edilib.