MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə görmə məhdudiyyəti olan şəxslərin iştirakı ilə növbəti tədbir təşkil edilib. 

Noyabrın 10-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslər arasında brayl yazı müsabiqəsi keçirilib. Müsabiqədə görmə məhdudiyyəti olan 7 nəfər iştirak edib. Münsiflər heyətinin rəyinə əsasən, ilk üç yerə layiq görülən müsabiqə iştirakçılarına mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.

Tədbirin keçirilməsində məqsəd bu kateqoriyadan olan şəxslərin bacarıq və qabiliyyətini üzə çıxarmaq, onlarda özlərinə inam hissi yaratmaqdır.