MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda bu kateqoriyadan olan uşaqların istedadlarının aşkara çıxarılması və onların asudə vaxtının səmərəli təşkili üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İl ərzində bu istiqamətdə müxtəlif tədbirlər keçirilib. 

Həmin tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kino zalında vətənpərvərlik mövzusunda film nümayiş etdirilmişdir. Tədbirdə həmin  gün sağlamlıq imkanları məhdud 30 uşaq valideynlərinin müşayiəti ilə vətənpərvərlik mövzusunda "Dolu" filmini izləyiblər.