MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, onların cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığını təmin edib. Cari ilin ötən dövrü ərzində dövlət proqramına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması
məqsədilə bir sıra tədbirlər təşkil olunub.

Dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 12 uşağın iştirakı ilə bilik və intellektual oyunlar üzrə yarış keçirilib. Yarış üç turdan – kompüter proqramı əsasında hazırlanan sualların cavablandırılması, “Play attention” aparatı vasitəsilə diqqətin cəmlənməsi və kinekt əyləncə oyunlarından ibarət olub. Hər turda dörd uşaq yarışaraq qabiliyyət və bacarığını nümayiş etdirib.

Turların qalibinə qiymətli hədiyyələr və yarışın digər iştirakçılarına isə həvəsləndirici mükafatlar verilib.