MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların  asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərilir və bu istiqamətdəbu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərəfindən 1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə mayın 31-də sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqların Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında gəzintisi təşkil olunub. Uşaqlar  müxtəlif əyləncə güşələrindən və  attraksionlardan istifadə ediblər. Həmçinin gəzintidə uşaqlara pulsuz  iaşə xidməti göstərilib.

Qeyd edək ki, gün ərzində bütün əyləncə güşələri bu katerqoriyadan olan uşaqlara pulsuz xidmət göstərib. Uşaqlar Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında  xoş təəssüratla ayrılıblart.