MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikada  sağlamlıq imkanları məhdud uşaqlar dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Onların tibbi-sosial reabilitasiyası ilə yanaşı, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili dədaim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə uşaqlarınmuxtar respublikanın tarixi və görməli yerlərinə gəzintiləri, Ağbulaq İstirahət Mərkəzinə səfərləri təşkil olunur,  əlamətdar günlərdə  görüşlər, həmçinin yaradıcılıq müsabiqələri, bilik və idman yarışları keçirilir.

1-İyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətiləNaxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə silsilə tədbirlər təşkil olunur.

İlk tədbir may ayının  26-da olub. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin qarşısında asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Müsabiqədə sağlamlıq imkanları məhdud 10 uşaq iştirak edib. Uşaqlar təbaşirlə  asfalt üzərində rəsmlər çəkməklə öz istedadlarını  nümayiş etdiriblər.

Münsiflər heyətinin rəyinə əsasən, çəkdikləri rəsmlərə görə birinci, ikinci və üçüncü yerlərə layiq görülənlərə mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim olunub.