MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Ailə, qadın və uşaq problemləri üzrə dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsinazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrin uşaqlarının tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilib. Ekskursiya iştirakçıları əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Muzeydə uşaqlara ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyi naminə gördüyü işlər haqda söhbət açılıb, eksponatlar barədə məlumat verilib. Uşaqların çox maraq göstərdikləri eksponatlardan biri ulu öndərimizin xalça üzərinə köçürülmüş ailə fotosu olub. Sonra uşaqlar Duzdağ Fizioterapiya Mərkəzinə aparılıblar. Mağarada yaradılan mərkəz uşaqların böyük marağına səbəb olub. Ekskursiya iştirakçıları DövlətBayrağı Meydanı və Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini də ziyarət ediblər. Sonda ekskursiyada iştirak edənlər Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda filmə baxıblar. Uşaqlara hədiyyələr təqdim olunub.