MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin sağlamlıqlarının qorunması, o cümlədən müxtəlif texniki-bərpa vasitələri, protez-ortopediya məmulatları ilə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhdud fiziki imkanlı şəxslərə səyyari protez-ortopedik bərpa xidməti təşkil edilməsi bu tədbirlərin davamı olub. Tibbitexniki heyət məhdud fiziki imkanlı 109 şəxsin, o cümlədən 1 ahılın, sağlamlıq imkanları məhdud 12 uşağın evlərinə gedərək onları ehtiyac duyulan müxtəlif protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edib. Belə ki, 10 nəfərdən sifarişlər qəbul edilib, 5 nəfərə müxtəlif protez-ortopedik məmulatlar, eyni zamanda 5 nəfərə tibbi məsləhət, həmçinin 89 nəfərə texniki-bərpa vasitələri, o cümlədən 2 nəfərə əlil arabası, 15 nəfərə eşitmə aparatı, 72 nəfərə isə müxtəlif növ əsalar verilib.

Qeyd edək ki, səyyari xidmət il ərzində davam etdiriləcək.