MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən XX əsrin ən faciəli texnogen qəzası nəticə- sində minlərlə insan radioaktiv şüalanmaya məruz qalıb. Hadisə zamanı 7 minə yaxın insan həlak olub, 25 min insanın sağlamlıq imkanları məhdudlaşıb, 300 min insan yaşayış yerini tərk etməyə məcbur olub. Bu qəzadan 30 il keçsə də, hadisənin təəssüratı yaddaşlardan silinməyib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 30-cu ildönümü münasibətilə tədbirlər təşkil edib.

Naxçıvan şəhərində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş verən faciə hələ də dünya üçün aktuallıq kəsb edən qəzalardandır. Qəza nəticəsində güclü radioaktiv sızma minlərlə insanın həlak olmasına, sağlamlıqlarını itirməsinə səbəb olub

Bu texnoloji qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində muxtar respublikanın 500 nəfərə yaxın sakini də iştirak edib.

Qeyd olunub ki, bu qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak edənlər daim dövlətimizin himayəsindədirlər. Bu vətəndaş- ların statusu və sosial müdafiəsini tənzimləyən müvafiq qanun və normativ-hüquqi aktlar qəbul olunub. Muxtar respublikadaÇernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı zərər çəkmiş şəxslərin sosial müdafiəsi gücləndirilir, o cümlədən onların mənzil-məişət şəraiti yaxşılaşdırılır, müalicələri təşkil edilir, onlar nəqliyyat və texniki-bərpa vasitələri ilə təmin olunurlar. Hər il onların müalicələri üçün birdəfəlik sosial müavinət, qəzanın ləğvində hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirən şəxslərə isə Prezident təqaüdü ödənilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri Cəmiyyətinin sədri Eyvaz Əsgərov çıxış edərək onlara göstə- rilən diqqət və qayğıya görə Çernobıl əlilləri adından dövlətimizə minnətdarlığını bildirib. Həmin gün rayon mərkəzlə- rində də Çernobıl faciəsinin ildönümü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak edən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.

Naxçıvan şəhərində keçirilən tədbirdə Çernobıl qəzasının fə- sadlarını əks etdirən fotosərgi nümayiş etdirilib.

Həmin gün qəzanın nəticələ- rinin ləğvində iştirak edən 267 nəfərə ərzaq payı təqdim edilib.