"1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü" ilə əlaqədar Tədbirlər Planının müvafiq bəndinin icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti tədbir təşkil olunub.
Belə ki, mayın 27-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar arasında intellektual oyunlar üzrə yarışlar keçirilib.
İntellektual oyunlar üzrə yarışlar üç turdan - brayl əlifbası ilə yazılan şeirin bədii qiraətindən, kompüter və kinect oyunlarında ibarərdir. Sağlamlıq imkanları məhdud 14 uşaq üç qrupa bölünərək müvafiq turlarda yarışaraq qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.
Hər turun qalibinə mükafat, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim edilib.
Bu istiqamətdə təşkil olunan tədbirlərdə əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların intelektual inkişafına, onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.