MƏHDUD FİZİKİ İMKANLILAR ÜÇÜN

NAXÇIVAN REGİONAL İNFORMASİYA MƏRKƏZİ

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin qarşısında asfalt üzərində rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə sağlamlıq imkanları məhdud 15 uşaq iştirak edib. Müsabiqə iştirakçıları tabaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.

Münsiflər heyətinin rəyinə əsasən, çəkdikləri rəsmlərə görə Fatimə Babayeva birinci, Zeynəb Əhmədova ikinci, Gülay Zeynalova isə üçüncü yerlərə layiq görülüblər.

Müsabiqənin qaliblərinə mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim olunub.